×
A
A
A
Sazlamalar

İmişlidə 69 min tondan çox taxıl istehsal olunub

İmişli,16 avqust , Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə uğurlu nəticələr əldə olunub. Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, təkrar əkin və payızlıq əkinlər üçün şum işləri də davam etdirilir.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin məhsulu üçün çoxillik otların əkin sahələri də daxil olmaqla, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 44 min 348,7 hektar olub. Bu dövrdə 9275 hektarda buğda, 8354 hektarda arpa, 144 hektarda dən üçün qarğıdalı, 7011,9 hektarda pambıq, 179,4 hektarda tərəvəz, 17,0 hektarda darı, 122,6 hektarda kartof, 273,5 hektarda ərzaq üçün bostan bitkiləri, 18 min 971,3 hektarda çoxillik otlar əkilib.
İndiyədək sahələrdən 37 min 192,7 ton buğda, 32 min 286,8 ton arpa, 128,4 ton qarğıdalı, 1550,8 ton kartof, 1606,9 ton tərəvəz, 2911,8 ton bostan məhsulları, 3115,6 ton meyvə və giləmeyvə yığılıb. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 40,1 sentner, arpa üzrə 38,6 sentner, qarğıdalı üzrə 55,8 sentnerdir.

Regionlar 2022-08-16 17:55:00