×
A
A
A
Sazlamalar

Ağdaşda heyvandarlıq məhsulları istehsalı əsas göstəricilər üzrə artıb

Ağdaş, 16 avqust, AZƏRTAC
Ağdaş rayonunda cari ilin yeddi ayında heyvandarlıq məhsulları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2022-ci ilin ilk yeddi ayında Ağdaşda diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 3,8 ton artıb və 6158,1 ton olub. Süd istehsalı da 606,7 ton artıb və 29 min 837,4 tona çatıb. Yeddi ayda 15 milyon 869 min ədəd yumurta, 161,4 ton yun istehsal olunub.
Qeyd edək ki, heyvandarlıq rayonda kənd təsərrüfatının əsas sahələrindəndir. Hazırda fermerlər və fiziki şəxslər tərəfindən 72 min 600 baş iribuynuzlu mal–qara, 79 min 900 baş davar, 305 min 200 baş ev quşu bəslənilir.

Kənd təsərrüfatı 2022-08-16 17:34:00