×
A
A
A
Sazlamalar

Gömrükçülər ölkəyə qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısını alıblar

Bakı, 16 avqust, AZƏRTAC

Gömrükçülər ölkəyə qanunsuz yolla spirtli içkilərin gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-08-16 17:08:00