×
A
A
A
Sazlamalar

Bu il də bazarlara Göyçayın bol və ləzzətli “gülövşə” narı çıxarılacaq

Göyçay, 16 avqust, AZƏRTAC

Göyçay narçıları cari mövsümdə bağlardan bol məhsul gözləyirlər. Keçən il 42 min 651 ton nar istehsal olunan bölgədə bu il 43 min ton meyvə yığılacağı proqnozlaşdırılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, narçılıq Göyçayda əhalinin daha çox məşğul olduğu təsərrüfat sahələrindəndir. Təkcə bu il 28 hektarda yeni nar bağı salınıb və artıq bağların sahəsi 3340 hektara çatıb ki, bundan da 3170 hektarı bar verir.
Bu il bağlarda hava şəraitinin narçılıq üçün əlverişli olduğu söylənilir. Xüsusən daha çox nar bağları olan Bığır, Alxasova, Qarabaqqal, Aşağı Qaraməryəm, Mirzəhüseynli kəndlərinin ərazilərində hazırkı vəziyyət yüksək məhsuldarlıqdan xəbər verir.
Cari ildə də respublikanın bazarlarına Göyçayın bol, dadlı və ləzzətli “gülövşə” narı çıxarılacaq. Bu məhsulun hər il olduğu kimi, bu il də xarici bazarlara çıxarılması nəzərdə tutulub.

Kənd təsərrüfatı 2022-08-16 16:33:00