×
A
A
A
Sazlamalar

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir

Bakı, 16 avqust, AZƏRTAC

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.
Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

 

Hadisə 2022-08-16 15:58:00