×
A
A
A
Sazlamalar

Yeni yerüstü piyada keçidinin inşasına start verilib FOTO

Bakı, 16 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 25,3 kilometrində yerüstü piyada keçidi inşasına start verilib.
İki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51,6 metr, eni 3 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.
Keçiddə özül svaylarının vurulması yekunlaşıb, hazırda dayaqların tikintisi aparılır.
Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Tikinti̇ 2022-08-16 15:31:00