×
A
A
A
Sazlamalar

Bərdədə heyvandarlıq stabil inkişaf edir

Bərdə, 16 avqust, AZƏRTAC

Bərdə rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq sahəsi stabil inkişaf edir.
Bərdə Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə 100 min 119 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 579 baş inək və camış, 133 min 680 baş qoyun və keçi mövcud olub. 2021-ci il eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 3958 baş (4,1 faiz), inək və camışların sayı 602 baş (1,4 faiz) artıb. İribuynuzlu mal-qaranın 97,5 faizi və ya 97 min 655 başı, qoyun və keçilərin 98,6 faizi və ya 131 min 860 başı ailə kəndli və ev təsərrüfatlarına məxsusdur. 2022-ci ilin yanvar-iyun aylarında 10 min 636,5 ton ət, 42 min 759,1 ton süd, 18 milyon 370 min ədəd yumurta, 280,4 ton yun istehsal olunub.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yanvar-iyun aylarında 1642 baş inək, camış və düyələr elit törədicilərin toxumları ilə süni mayalandırılıb, 1056 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Kənd təsərrüfatı 2022-08-16 03:25:00