×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 15 avqust, AZƏRTAC

Paytaxtda soyğunçuluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edərək 11 min manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.

Hadisə 2022-08-15 14:14:00