×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla 11 nəfər xilas edilib

Bakı, 15 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 halda yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində üçü azyaşlı olmaqla 11 nəfəri, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən üç nəfəri xilas ediblər. Dənizdə nəzarətsiz ərazidə batmış bir nəfərin cəsədi tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2022-08-15 11:07:00