×
A
A
A
Sazlamalar

Həftəsonu ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 15 avqust, AZƏRTAC

Avqustun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 126, əvvəlki dövrlərdən bağlı qalan beş cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 75 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 108 nəfər saxlanılıb.

Hadisə 2022-08-15 10:16:00