×
A
A
A
Sazlamalar

Yaşar Vahabzadə: Müdafiədə etdiyimiz səhvlərə görə məğlub olduq

Bakı, 14 avqust, AZƏRTAC
Bu gün bizi çətin oyun gözlədiyini bilirdik. İlk qol vurulana qədər pis çıxış etmədik. İkinci hissədə müəyyən dəyişikliklər edərək oyunda dönüş yaratmaq istədik. Müdafiədə etdiyimiz səhvlərə görə məğlub olduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə matçdan sonra təşkil olunan mətbuat konfransında söyləyib.
“Biz oyunu müdafiədən qururduq. Əks-hücumlardan şans əldə etmək istəyirdik. Bilirdik ki, “Neftçi”yə qarşı açıq futbol oynamaq çətindir. Birinci turda “Zirə” ilə qarşılaşmada da eyni heyətlə matça çıxmışdıq, normal oynadığımızı hesab edirdik. Ona görə də heyətdə dəyişiklik etmək istəmədik”, - deyə baş məşqçi qeyd edib.

İdman 2022-08-14 23:02:00