×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Şamaxı”ya qalib gəlib

Bakı, 14 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun daha bir oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə “Şamaxı” qarşılaşıb. Meydan sahibləri görüşdə 3:1 hesablı qələbə qazanıblar.
İlk qolu matçın 8-ci dəqiqəsində “qırmızı-qaralar”dan Rövlan Muradov vurub. İki dəqiqə sonra Murad Musayev fərqi artırıb. Oyunun 20-ci dəqiqəsində isə Felipe Santos 3-cü topu rəqib qapısından keçirib. Qonaq komandanın yeganə qolunu isə 56-cı dəqiqədə Amil Yunanov vurub.
Bununla da, ardıcıl ikinci qələbəsini əldə edən “Qəbələ" xallarının sayını 6-ya çatdırmaqla ikinci pilləyə yüksəlib. “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.
Turun son matçında “Neftçi” komandası bu gün evdə “Kəpəz”lə oynayır.

İdman 2022-08-14 21:48:00