Rostislav Pevtsov Avropa çempionatında 14-cü yeri tutub
Bakı, 14 avqust, AZƏRTAC
Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov Münhendə keçirilən Avropa çempionatında 14-cü yeri tutub.
Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pevtsov 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub. Ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 32 dəqiqə 6 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir