Misirdə kilsədə yanğın nəticəsində azı 41 nəfər ölüb VİDEO
Qahirə, 14 avqust, AZƏRTAC
Misirin paytaxtı Qahirənin Giza rayonunda Əbu Səfein qibti kilsəsində baş vermiş yanğın nəticəsində azı 41 nəfər ölüb, 14 yaralı var.
AZƏRTAC xəbər verir ki, faciə kilsədə ayin zamanı baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanğında həlak olanların ailələrinə başsağlığı verib, bu insidenti ağır faciə adlandırıb.
Misirin Baş Prokurorluğu insidentlə bağlı təhqiqat aparır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Polşa XİN rəhbəri Almaniya Kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq
Fransa Nigerdəki səfirini və diplomatlarını geri çağırır
Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək
Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb