Lənkəranda meşə qoynunda şəfa qaynağı VİDEO
Lənkəran, 14 avqust, AZƏRTAC
Zəngin təbiəti ilə tanınan Lənkəran şəhəri isti su termal bulaqları ilə də məşhurdur. Yerli sakinlər uzun illərdir Lənkəranın Haftoni kəndi ərazisində meşə qoynunda yerləşən “İbadi istisu” qaynağını müalicə məqsədilə istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, şəhər mərkəzindən 14.5 kilometr aralıda, Talış dağlarının ətəyində yerləşən müalicəvi isti su yerin tərkibindən təbii halda çıxaraq axır. Aparılmış elmi araşdırmalar nəticəsində suyun tərkibinin bir çox insan xəstəlikləri üçün müalicəvi əhəmiyyətə malik olduğu müəyyənləşib. Elə buna görə hər il yay mövsümündə nəinki Lənkərandan, eləcə də paytaxt və digər bölgələrdən yüzlərlə insan bu məkana üz tutur. Hətta burada çölsüzlük şəraitində çadır quraraq bir neçə günlük qalanlara da rast gəlinir.
"İbadi istisu" qaynağı haqqında məlumatlara hətta şifahi xalq ədəbiyyatında da rast gəlinir. Bir əfsanəyə görə, ağır xəstəliyə tutulmuş İbadulla adlı şəxs bu yerdə məskunlaşıb və şəfalı suyun “sehrli” gücü vasitəsilə sağalıb. O vaxtdan bu su mənbəyi onun ilk ziyarətçisinin adı ilə adlandırılıb.
“İbadi istisu” ərazidəki tikililərin içindəki hovuzlara ötürülür. Burada suyun istiliyi 42 dərəcəyə çatır. Buna görə də suda 10-15 dəqiqədən artıq qalmaq məsləhət deyil.
Bu su ürək, qan-damar, sinir, oynaq, dəri xəstəliklərinin müalicəsində faydalıdır.
Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO
“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub
Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq
Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək
Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq