×
A
A
A
Sazlamalar

İrəvanda ticarət mərkəzində güclü partlayış baş verib

Bakı, 14 avqust, AZƏRTAC

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayışdan sonra güclü yanğın baş verib. Dağıntılar altında xeyli sayda insanın qaldığı bildirilir. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.

Dünya 2022-08-14 14:37:00