×
A
A
A
Sazlamalar

İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

İstanbul, 14 avqust, AZƏRTAC

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında antiterror əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, əməliyyatlar zamanı dördü İraqın Hakurk, ikisi isə Metina bölgələrində olmaqla ümumilikdə 6 PKK/KCK terrorçusu zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri tərəfindən daha beş terrorçu İraqın şimalında “Pəncə-Kilit” və “Pəncə-Pələng” əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib.
Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-08-14 14:31:00