×
A
A
A
Sazlamalar

Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Konyaya yola düşüb

Bakı, 14 avqust, AZƏRTAC

Karate üzrə milli komandamız V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, kişilər arasında kumite yarışlarında Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (84+ kq), qadınlarda İnci Əzizova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) çıxış edəcəklər.
Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Zəhra Qurbanzadə, komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev qüvvələrini sınayacaqlar.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov karate yarışlarını idarə edəcəklər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançılarla bir yerdə olacaq.
Konyada V İslam Həmrəyliyi Oyunlarının karate yarışları avqustun 17-18 tarixlərində keçiriləcək.

İdman 2022-08-14 11:04:00