×
A
A
A
Sazlamalar

Bakı-Moskva təyyarəsində texniki problem yaranıb

Bakı, 14 avqust, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
AZAL-dan AZƏRTAC-a verilən məlumata görə, təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.

İqtisadiyyat 2022-08-14 09:12:00