×
A
A
A
Sazlamalar

Dünyaşöhrətli ifaçı Beyons "I'm That Girl" klipinin tizer-treylerini yayımlayıb

Bakı, 14 avqust, AZƏRTAC

Amerikalı ifaçı Beyons buraxdığı son "Renaissance" albomunda yer alan "I'm That Girl" mahnısının tizer-treylerini nümayiş etdirib.
AZƏRTAC daily.afisha.ru saytına istinadla xəbər verir ki, ifaçı "I'm That Girl" mahnısının klipinin tam videosunu nə vaxt buraxacağı barədə məlumat verməyib. Bütün videovintaj effektləri, dəbdəbəli məqamlar və əlbəttə ki, paparazzi çaşqınlığı ilə müşayiət olunur.
Xatırladaq ki, iyulun 29-da Beyons altı ildən sonra ilk albomu olan “Renaissance”ı buraxdı. Buraxılış günü 16 mahnıdan ibarət olan albom Spotify-da dinləmə rekorduna imza ataraq 43 milyon dəfə dinlənilib və ilk həftədən bir qədər sonra "Break My Soul" sinqlı Billboard Hot 100 musiqi çartında birinci olub.

Mədəniyyət 2022-08-14 04:43:00