×
A
A
A
Sazlamalar

Çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 13-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib.

Cəmiyyət 2022-08-13 22:50:00