×
A
A
A
Sazlamalar

ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının payı bərabərləşib

Bakı, 13 avqust, AZƏRTAC

Bu ilin altı ayında ÜDM-in strukturunda neft-qaz və qeyri-neft-qaz sektorlarının payı bərabərləşib, aparılmış təhlillər iqtisadi artımın qeyri-neft-qaz sahələri hesabına təmin olunduğunu deməyə əsas verib.
AZƏRTAC xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.
Hesabat dövründə iqtisadi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faizə bərabər olub. Qeyri-neft-qaz sahələrinin 9,6 faizlik artımı fonunda neft-qaz sahələri üzrə cüzi artımın (0,2 faiz) qeydə alınması iqtisadi artımda neft amilinin rolunu azaldıb.
ÜDM-in həm neft, həm də qeyri-neft sahələrində nominal artımların qeydə alınması dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.

İqtisadiyyat 2022-08-13 14:48:00