×
A
A
A
Sazlamalar

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Bakı, 13 avqust, AZƏRTAC

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla onun rayonun Muğanlı kənd sakini Arif Novruzov olduğu müəyyənləşdirilib. Şöbə əməkdaşlarının həmin şəxsin üzərinə keçirdiyi baxış zamanı ondan bir kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq A.Novruzovun yaşadığı ünvana keçirilən baxış zamanı isə fərdi yaşayış evindən təmiz çəkisi 480 qram olan marixuana, eləcə də həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, A.Novruzov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2022-08-13 13:25:00