"Qarabağ"ın oyunu təxirə salınıb
Bakı, 12 avqust, AZƏRTAC
"Qarabağ"ın səfərdə "Turan Tovuz"a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III turunun matçı təxirə salınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun - “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib.
Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq.
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi
Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu