Havada toz dumanı müşahidə edilir
Bakı, 12 avqust, AZƏRTAC
Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.
G.Məmmədovanın sözlərinə görə, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Dispers toz hissəciklərinin Xətai rayonunda 2,6, Nizami rayonunda 2,5, Səbaildə isə 2,7 dəfə normadan yüksək olması qeydə alınıb. Vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi bildirilir.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb