×
A
A
A
Sazlamalar

“Dədə Qorqud” eposu. Qəhrəmanın ölüb-dirilməsi” adlı kitab nəşr olunub

Bakı, 12 avqust, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu. Qəhrəmanın ölüb-dirilməsi” I kitabı nəşr olunub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Nəşrin redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hikmət Quliyev və Səfa Qarayevdir.
Kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.

Elm və təhsil 2022-08-12 18:53:00