×
A
A
A
Sazlamalar

Bu gün Sarayevo Film Festivalı başlayır

Sarayevo, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Bosniya və Herseqovinanın paytaxtında 28-ci Sarayevo Film Festivalı başlayır.
AZƏRTAC xəbər verir ki, festivalın ilk günündə isveçli rejissor Ruben Östlundun “Kədər üçbucağı” filmi nümayiş olunacaq. Avqustun 19-dək davam edəcək festivalda kinosevərlər 62 ölkədən 230 filmə baxmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, Bosniya və Herseqovinada 1992-1995-ci illərdəki müharibənin izlərini silmək, paytaxt Sarayevonu yenidən mədəniyyət və incəsənət mərkəzinə çevirmək üçün təşkil edilən Sarayevo Film Festivalına bu illər ərzində bir çox məşhur kino ulduzu qoşulub. Həmin məşhurlar sırasında Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum və başqaları var.


Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Mədəniyyət 2022-08-12 18:52:00