×
A
A
A
Sazlamalar

Bakıdakı “Rus Evi”ndə Xalq yazıçısı Natiq Rəsulzadə ilə görüş keçiriləcək

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 19-da Bakıdakı “Rus Evi”ndə Azərbaycanın Xalq yazıçısı, “Şöhrət” ordenli, Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının idarə heyətinin üzvü Natiq Rəsulzadə ilə yaradıcılıq görüşü keçiriləcək.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, Natiq Rəsulzadə A.M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, 30-dan çox kitabın, çoxsaylı roman və hekayələrin müəllifidir. Onun əsərləri rus, macar, bolqar, polyak və digər dillərdə nəşr olunub, əsərləri əsasında 15 film çəkilib.

Mədəniyyət 2022-08-12 18:21:00