×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda Beynəlxalq Gənclər Günü münasibətilə gənclərlə görüş olub

Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclik gələcəkdir” mövzusunda gənclərlə görüş keçirilib.
Nəsimi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi müavini Aydın Yusifov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov çıxış edərək Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.
Daha sonra tədbir müzakirə formatında davam etdirilib. Tədbirin sonunda Nəsimi rayonunun ictimai həyatında fəal iştirak edən gənclər fəxri fərmanla təltif olunublar.

İdman 2022-08-12 17:57:00