×
A
A
A
Sazlamalar

İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası istifadəyə verilib VİDEO

İstanbul, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Türkiyənin ən böyük universitet kitabxanası olan İstanbul Mədəniyyət Universitetinin Ziraat Bankı Kitabxanası və Mərkəzi Dərslik Binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə dövlətinin başçısı eyni anda üç min insana xidmət göstərəcək bu binada bir milyon cild kitabın olduğunu bildirib. Prezident Ərdoğan bu ilin sonunadək ölkənin məktəb kitabxanalarında kitab sayının 100 milyona çatdırılacağını deyib.
Qeyd edək ki, bu gün, eyni zamanda, İstanbulda tarixi Ayazma məscidinin də açılışı olub. Şəhərin Üsküdar bölgəsində açılan 261 illik tarixi məscid uzun zamandır bərpa-yenidənqurma işləri səbəbindən ibadətə bağlanmışdı.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-08-12 17:55:00

Video