×
A
A
A
Sazlamalar

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

Bakı, 12 avqust, AZƏRTAC

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) TOEFL iBT imtahanı avqustun 13-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahana gəlməli olan şəxslər saat 13:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 14:00-da başlanır.
TOEFL iBT imtahanı vermək üçün yaşı 15 və daha olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
İmtahan haqqında ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Elm və təhsil 2022-08-12 17:43:00