Avqustun 12-də Azərbaycanda COVID-19 əleyhinə 1733 doza vaksin vurulub
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1733 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 303, ikinci doza vaksinlərin sayı 152, üç və daha çox doza vaksinlərin sayı 1070, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 208-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 836 min 46, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 369 min 674, ikinci mərhələ üzrə 4 milyon 859 min 378, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 350 min 213, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 256 min 781-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar