×
A
A
A
Sazlamalar

Beynəlxalq Gənclər Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Binə qəsəbə Mədəniyyət Mərkəzilə birgə Beynəlxalq Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şöbə müdiri Aynurə Nağıyeva tədbir haqqında geniş məlumat verib ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Sonra qazi Elçin Hüseynzadə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb.
Sonda metodika biblioqrafiya şöbəsinin Beynəlxalq Gənclər Gününə aid hazırladığı videoçarx nümayiş olunub.

Mədəniyyət 2022-08-12 16:28:00