×
A
A
A
Sazlamalar

Astara rayonunda 18,1 min tondan çox tərəvəz istehsal olunub

Bakı, 12 iyul, AZƏRTAC

Bu il Astara rayonunun əkinçiləri 1943,8 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1443,8 hektar sahənin məhsulu yığılıb,18 min 112,1 ton tərəvəz istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 951 ton və ya 5,5 faiz çox tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 125,4 sentner təşkil edir.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, mövsümün əvvəlindən indiyədək rayonda 863 ton kələm, 3 min 926 ton xiyar, 4 min 686,6 ton pomidor, 4 min 236 ton baş soğan, 1213,5 ton sarımsaq, 3 min 187 ton sair tərəvəz məhsulları istehsal olunub.
Təsərrüfatlarda kartof və bostan məhsullarının yığımı da davam edir. Əkinçilər indiyədək sahələrdən 7 min 510,7 ton kartof və 2 min 712 ton bostan məhsulları yığıblar.

Regionlar 2022-08-12 15:20:00