×
A
A
A
Sazlamalar

Yeddi ayda tikinti materiallarının istehsalı 24,9 faiz artıb

Bakı, 12 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 620,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, dövr ərzində tikinti gipsinin istehsalı 36,6 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 23,1 faiz, tikinti əhənginin istehsalı 12,7 faiz, asfaltın istehsalı isə 0,2 faiz artıb.

Tikinti̇ 2022-08-12 14:45:00