×
A
A
A
Sazlamalar

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 2083 nəfər qeydiyyatdan keçib

Bakı, 12 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə avqustun 21-də keçiriləcək test imtahanına qeydiyyat başa çatıb.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, imtahan vermək üçün 2083 (BA - 620, BB - 1463) nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.

Elm və təhsil 2022-08-12 13:54:00