×
A
A
A
Sazlamalar

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov avqustun 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Təqdimatdan sonra O.Mürsəlov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Cəmiyyət 2022-08-12 12:47:00