×
A
A
A
Sazlamalar

Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb

Bakı, 12 avqust, AZƏRTAC

Bakıda evdən və marketdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birinin saxlanc yerindən üç min manat dəyərində generator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuş N.Quliyev və E.Bayramov saxlanılıb.
Yasamal rayonu ərazisindəki marketlərin birindən 1025 manat dəyərində terminal oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini əvvəllər məhkum olunmuş A.Nəsrullayev Yasamal Rayon Polis İdarəsi 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2022-08-12 12:18:00