×
A
A
A
Sazlamalar

® “Araz” marketlərdə batareyaları təhvil ver, təbiəti qoru!

Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə qoşulub.

Dayanıqlı inkişafa töhfə verən layihə çərçivəsində “Araz” və “Spar” marketlərinin Bakı və Sumqayıtdakı 19 filialında batareya qutuları yerləşdirilib. Artıq müştərilər işlənmiş batareyaları bu qutulara atmaqla batareyaların utilizasiyasına dəstək ola biləcəklər.
Layihənin məqsədi işlənmiş və ya istifadəyə yararsız elektrik batareyalarını digər tullantılardan ayırmaq, toplayıb çeşidləyərək xüsusi şəraitdə zərərsizləşdirilməsinə dəstək olmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, işlənmiş batareyalar özündə zərərli maddələri saxlayır və onlar ümumi tullantılarla birgə atıla bilməzlər. Çünki işlənmiş olsa belə, batareyalar təbiətdə hava, su və torpaqla reaksiyaya girərək eroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.
Veysəloğlu Şirkətlər Qrupunun tətbiq etdiyi - cəmiyyətə dəyər yaratmaq strategiyasının məqsədi dayanıqlı inkişaf və ümumi rifah naminə bütün maraqlı tərəflər üçün ortaq dəyərlər yaratmaq və inkişaf etdirməkdir.
Sözügedən batareya qutularını aşağıdakı ünvanlarda tapa bilərsiniz:
Araz superstor: Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 18A (Sabunçu xəstəxanasının yaxınlığı)
Araz superstor: Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev 56 D (“Qartal” heykəlinin yaxınlığı)
Araz superstor: Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5 K (“Şüşəli” bazarın yaxınlığı)
Araz superstor: Yasamal rayonu, H.Cavid prospekti 17 (“Space” TV ilə üzbəüz)
Araz supermarket: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz küçəsi 1 (“Ülvi” şadlıq sarayı ilə üzbəüz)
Araz superstor: Sumqayıt şəhəri 9-cu mkr., Ü.Hacıbəyli küçəsi 23 C (“Şərq” bazarının yaxınlığı)
Araz superstor: Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 (“20 Yanvar” metrostansiyasının yaxınlığı)
Araz superstor: Nərimanov rayonu, M.Qaşqay küçəsi, 917-ci məhəllə (Neftçi İdman Sağlamlıq Mərkəzinin yaxınlığı)
Araz supermarket: Nərimanov rayonu, S.Rəhman küçəsi 41 (47 saylı orta məktəbin yaxınlığı)
Spar supermarket: Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, məhəllə 758 (“Koroğlu” parkının yaxınlığı)
Spar supermarket: Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mkr., 3005-ci məhəllə (3-cü mkr. dairəsinin yaxınlığı)
Araz minimarket: Xətai rayonu, Babək prospekti 10 D (“Babək plaza”nın yaxınlığı)
Araz superstor: Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi (Masazır dairəsinin yaxınlığı)
Araz supermarket: Yasamal rayonu, İnşaatçılar prospekti 31 (Dövlət Statistika Komitəsinin yaxınlığı)
Araz supermarket: Nəsimi rayonu, Mərdanov qardaşları 137 (“Olimpik star”ın yaxınlığı)
Araz supermarket: Xətai rayonu, Zığ şosesi 8 (“Nargilə” kafesinin yaxınlığı)
Araz superstor: Nəsimi rayonu, Azadlıq prospekti 103 (ABŞ səfirliyinin yaxınlığı)
Araz ekspress: Nizami rayonu, R.Rüstəmov küçəsi 12 C (“Neftçilər” metrostansiyasının yaxınlığı)
Araz minimarket: Nizami rayonu, Babək prospekti 64 (Sərhədçi İdman Olimpiya Mərkəzinin yaxınlığı)
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!

Ekologiya 2022-08-12 10:35:00