×
A
A
A
Sazlamalar

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Bakı, 11 avqust, AZƏRTAC

Qusarda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, rayonun Şirvanlı kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-08-11 23:44:00