×
A
A
A
Sazlamalar

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-də “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə 6 nəfər xilas edilib.

 

Hadisə 2022-08-11 22:38:00