×
A
A
A
Sazlamalar

Nazir müavini Gədəbəy rayonunda vətəndaşların müraciətini dinləyib

Bakı, 11 avqust, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev avqustun 11-də Gədəbəy rayonunda həmin rayonun və Daşkəsən rayonunun sakinlərinin müraciətini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciət edən vətəndaşlar arasında Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin bacısı Aygün Əliyeva da olub.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb və onları narahat edən məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Sosial 2022-08-11 18:41:00