×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 488 yoluxma faktı qeydə alınıb

Bakı, 11 avqust, AZƏRTAC
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 488 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 803 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 790 min 685 nəfər müalicə olunaraq sağalıb, 9 min 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 192 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 76, bu günə qədər isə ümumilikdə 7 milyon 84 min 848 test icra olunub.

Səhiyyə 2022-08-11 16:59:00