×
A
A
A
Sazlamalar

Sinoptiklərdən xəbərdarlıq: Bəzi bölgələrdə havanın temperaturu 41-42 dərəcəyə yüksələcək

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 11-dən 18-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-37° isti olacağı, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39° isti olacağı, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

Ekologiya 2022-08-11 16:12:00