×
A
A
A
Sazlamalar

Xəzər Universitetində biologiya sahəsi üzrə elmi-tədqiqat institutlarının rəhbərləri ilə görüş

Bakı,11 avqust, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının dəvətinə əsasən biologiya sahəsi üzrə elmi-tədqiqat institutlarının rəhbərləri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı əlaqənin, birgə elmi fəaliyyətin möhkəmləndirilməsi, elmi kadrların hazırlanması, beynəlxalq layihələrin icrası, tədqiqat qruplarının yaradılması, müştərək beynəlxalq məqalələrin yazılması, beynəlxalq konfranslar, seminarlar və təlimlərin keçirilməsi, həmçinin digər aktual məsələlər geniş müzakirə olunub.
Xatırladaq ki, AMEA-nın biologiya sahəsi üzrə elmi-tədqiqat institutları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Xəzər Universitetinin AMEA-nın bir sıra institutları ilə əməkdaşlıq memorandumu var. Bu əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində bir sıra əhəmiyyətli işlər görülməkdədir.

Elm və təhsil 2022-08-11 14:25:00