×
A
A
A
Sazlamalar

Nizami rayonunda paytaxt sakinində 1 kiloqramdan çox heroin aşkarlanıb

Bakı, 11 avqust, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini E.Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan çox heroin, 350 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.

 

Hadisə 2022-08-11 12:23:00