×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda qadının içərisində pul və bank kartı olan çantasını talayan keçmiş məhkum saxlanılıb

Bakı, 11 avqust, AZƏRTAC

Binəqədi rayonunda qadına qarşı quldurluq edən keçmiş məhkum yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadını yıxaraq içərisində 283 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş O.Cəfərov saxlanılıb.

Hadisə 2022-08-11 12:06:00