×
A
A
A
Sazlamalar

Lökbatan palçıq vulkanında püskürmə baş verib VİDEO

Bakı, 11 avqust, AZƏRTAC

Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
Geologiya və Geofizika İnstitutundan AZƏRTAC-a verilən məlumata görə, bu, güclü püskürmədir. Hadisə avqustun 11-də yerli vaxtla saat 09:36-da qeydə alınıb. Püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə olub.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.
Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

Elm və təhsil 2022-08-11 11:42:00

Video