×
A
A
A
Sazlamalar

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə qənnadıçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru, tikişçi peşə ixtisasları üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə edən ərizəçilərə təhsil sənədləri təqdim olunub.
Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülən işlər barədə məlumat verib. Formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Elm və təhsil 2022-08-11 11:30:00