×
A
A
A
Sazlamalar

Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib

Bakı, 11 avqust, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.
Hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

Nəqliyyat 2022-08-11 09:54:00